Lionel Messi mövsümün ən yaxşı oyunçusu mükafatını alıb

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi La Liqanın 2017-2018 mövsümü üçün ən yaxşı oyunçusu mükafatını alıb. 

Azadinform xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb. 

31 yaşlı hücumçu çempionatın hazırkı mövsüm daha rəqabətli olduğunu bildirib: "Heç nə asanlıqla verilmir. Hər kəs qalib gələ bilər. Mən uğuru mümkün qədər davam etdirmək istəyirəm". 

Qeyd edək ki, Lionel Messi ötən mövsüm La Liqada 36 oyuna 34 qol vurub. Kataloniya təmsilçisi mövsümü çempion kimi başa vurub. Komanda hazırkı mövsümdə 12 turdan sonra 24 xalla turnir cədvəlinə başçılıq edir. 

12.11.2018 22:32 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo