ABŞ Gürcüstanda hərbi aerodrom inşa edəcək

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində hərbi aerodrom inşa edəcək.

Məlumata görə, bu məsələ ABŞ Nəqliyyat Komandanlığının komandanı, general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze və müdafiə naziri Levan İzoria ilə Tbilisidə keçirdiyi görüşlərdə müzakirə olunub.

Görüşlərdə bildirilib ki, hərbi aerodromun tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.

Tərəflər həmçinin ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərini və həyata keçirilən birgə layihələri də nəzərdən keçiriblər. (report)

12.11.2018 21:23 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo