Əfqanıstanda partlayış törədilib, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabil şəhərinin Qəzni əyalətində asayişin təmin olunmaması ilə bağlı keçirilən etiraz mitinqi zamanı partlayış baş verib.

Azadinform yerli KİV-ə istinadən xəbər verir ki, paytaxtın Pəştunistan meydanı və şəhər bələdiyyə binasının yaxınlığında baş verən partlayış nəticəsində 8 nəfər ölüb, bir o qədər də xəsarət alan var.

Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kamikadze tərəfindən partladıcı qurğu polis buraxılış məntəqəsinin qarşısında işə salınıb. Hələlik heç bir silahlı qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

12.11.2018 21:09 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo