Rusiyadan bir aya 10 mlrd. dollar pul çıxarılıb

Bu ilin yanvar-oktyabr aylarında Rusiyadan kapital axını 42,2 mlrd. ABŞ dolları təşkil edib.

Azadinform Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda qonşu ölkədən kapital axını 31,9 mlrd. dollar təşkil etmişdi. Başqa sözlə, təkcə oktyabrda Rusiyadan 10,3 mlrd. dollar pul çıxarılıb.

Kapital axınındakı kəskin artım, əsasən, bankların xarici öhdəliklərini azaltması ilə bağlıdır.

12.11.2018 20:21 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo