Araz Əzimov Əfqanıstanın müvəqqəti işlər vəkili ilə müzakirə aparıb

AZADİNFORM. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Əfqanıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əfzəl Əhmədi ilə görüşüb.

Azadinform Əfqanıstanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Əfqanıstanda keçirilmiş parlament seçkilərini, eləcə də Cenevrədə keçiriləcək Əfqanıstan üzrə nazirlər konfransını müzakirə ediblər.

Ə.Əhmədi A.Əzimovu Cenevrə Konfransı barədə məlumatlandırıb və Əfqanıstan üçün onun əhəmiyyətini qeyd edib. Öz növbəsində, nazir müavini Azərbaycanın bu konfransda iştirak etməklə Əfqanıstana yardım işinə töhfə verə biləcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, Cenevrədə Əfqanıstan üzrə nazirlər konfransı noyabr ayının sonuna planlaşdırılıb. Konfransda 60-dan çox ölkənin iştirak edəcəyi gözlənilir.

12.11.2018 20:08 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo