Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı həbs olunub

Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı korrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub. 

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Berhanu Tsaqaya məlumat verib.

Onun sözlərinə görə, beş aya yaxın davam edən araşdırmalar nəticəsində amansız işgəncələr aparıldığı güman edilən yeddi gizli həbsxana aşkarlanıb: “Altı il ərzində METEC tendersiz-filansız 2 milyard dollarlıq satınalmalar həyata keçirib. Saxlanılanların ümumi sayı 63 nəfərdir".

“Reuters”in məlumatına görə, nəhəng dövlət şirkəti olan “Metals and Engeneering Corporation” (METEC) işçisi olan bir qrup şəxs də korrupsiya əməllərində şübhəli bilinərək saxlanılıb. 

12.11.2018 19:32 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo