"Santyaqo Solari "Real Madrid"in baş məşqçisi olacaq"

İspaniyanın "Real Madrid" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Azadinform ESPN-ə istinadən xəbər verir ki, hazırda komandaya rəhbərlik edən Santyaqo Solari paytaxt klubunun baş məşqçisi kimi təsdiq olunacaq. 

İspaniya La Liqasının reqlamentinə əsasən, klubda baş məşqçi əvəzi iki həftədən artıq qala bilməz. 

"Kral klubu" 42 yaşlı mütəxəssisin mövsümün sonuna kimi komandaya rəhbərlik etməsi ilə bağlı İspaniya Futbol Federasiyasına müraciət edib. 

Qeyd edək ki, "Real Madrid" uğursuz çıxışlardan sonra baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Santyaqo Solari İspaniya nəhənginin ehtiyat komandası hesab olunan "Kastiliya"nın baş məşqçisi idi. 

12.11.2018 19:17 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo