Kənd təsərrüfatı naziri Tərtərdə vətəndaşlarla görüşəcək

AZADİNFORM. Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-si saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Azadinform-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin Nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

12.11.2018 19:06 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo