Slovakiyanın Baş naziri Azərbaycana gəlib

Samir Soltanov/AZADİNFORM. Slovakiyanın Baş naziri Peter Pelleqrini bu gün Azərbaycana rəsmi səfərə gəlib. 

Azadinform xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib. 

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

12.11.2018 18:53 / Baxılıb: 236 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo