Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasında fərqlənənlər təltif edilib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:


“Tərəqqi” medalı ilə


Abdullayev Akif Hacı oğlu

Feyzullayev Tural Hicrət oğlu

İsayev İdris Balakişi oğlu

Qasımlı Vüsal Əfras oğlu

Məmmədov Sahib Əli oğlu

Lətifov Ragim Əhəd oğlu

Rüstəmli Elsevər Mövlud oğlu

Vəliyev İlkin Etibar oğlu

Vəliyev Sərvər Yaqub oğlu


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə


Qədirov Ayaz Tofiq oğlu

Məmmədova Fərəh Fərahim qızı

Sadıqov Rafiq Fazil oğlu

Şahbazov Famil Fariz oğlu

Şirinov Şamil Vidadi oğlu.

12.11.2018 18:08 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo