1.4 milyard manatlıq tədavülə yararsız pul nişanı dövriyyədən çıxarılıb

Samir Soltanov/AZADİNFORM. Ötən il 1.4 milyard manat həcmində tədavülə yararsız pul nişanı dövriyyədən çıxarılıb. 

Azadnform xəbər verir ki, bu barədə Mərkəzi Bankın illik hesabatında məlumat yayılıb. Bildirilir ki, 2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib. Hesabat ilində Mərkəzi Banka dövriyyədən 7.8 milyard manat və ya 376 milyon ədəd pul nişanı mədaxil olunub, 9 milyard manat və ya 452 milyon ədəd pul nişanı isə məxaric olunub. Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1.2 milyard manat (17 faiz) artaraq hesabat dövrünün sonuna 8 milyard manat təşkil edib. 

Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410.7 milyon manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. 

Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-ci ilin sonuna 90 faizi ötüb. Beynəlxalq təcrübədə tədavüldə irinominallı pul nişanlarının xüsusi çəkisi 75 faizdən yuxarı olduqda 

Mərkəzi banklar tərəfindən dövriyyəyə daha irinominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılıb. 

Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş "Tədavüldə təmiz pul siyasəti" davam etdirilib. İl ərzində Mərkəzi Bankda yaradılmış "Əhaliyə xidmət kassaları" vasitəsilə 7.7 milyon manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, 1.4 milyard manat (92 milyon ədəd) həcmində tədavülə yararsız pul nişanı dövriyyədən çıxarılıb. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilib və dövr ərzində 1.3 milyard manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunub.

12.11.2018 16:53 / Baxılıb: 251 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo