Yanğında evləri külə dönən məşhurlar

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Kaliforniya əyalətində baş verən meşə yanğınlarından zərər görənlər arasında təkcə sadə vətəndaşlar deyil, dünyaca məşhur insanlar da var. 

Azadinform xəbər verir ki, yanğın səbəbi ilə evlərini tərk etməyə məcbur qalan məşhurlar arasında aktyor Skott Baio, kinorejissor Qilermo del Toro, porno aktrisa Kim Kardaşyan, aktrisa Alissa Milano və aktyor Reynn Vilson yer alıb. 

Hollivudun məşhur aktyor Cerard Butler yanğın zamanı külə dönən evinin və avtomobilinin qarşısında çəkdiyi fotonu “İnstagram” hesabından paylaşaraq “Təxliyədən sonra Malibudakı evimə qayıtdım” şərhini yazıb.

Müğənni Robin Tik, TV ulduz Camille Grammer Meyer də Malibudakı evlərinin külə döndüyünü bildirib. 

12.11.2018 15:33 / Baxılıb: 544 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo