Piyadanı vurub qaçan sürücü saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb. 

DİN-dən Azadinform-a verilən məlumata görə, noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir. 

25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb. 

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

12.11.2018 15:12 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo