Dağlıq Şirvan və Şəki-Zaqatalada İntellektual Birİncilər müəyyənləşdi

AZADİNFORM. “Azərbaycanın İntellektual Birİncisi” layihəsi üçüncü mövsümdür ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

“İrəli”dən Azadinform-a verilən məlumata görə, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.  

10.11.18 tarixində “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin İsmayıllı, Ağsu şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu  üzrə zona turniri keçirilib. 

11.11.18 tarixində Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turniri keçirilib. 

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə Dağlıq Şirvan iqtisadi rayonu  üzrə zona turnirində “Vətəni tanı”, "Xəmsə",“Axtar-tap”,"Nə? Harada? Nə zaman? intellektual oyunlarında İsmayıllı rayonunun gənc intellektualları qalib olublar.

 Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turnirində "Xəmsə", “Vətəni tanı” intellektual oyunlarında Balakən, “Axtar-tap”,"Nə? Harada? Nə zaman? intellektual oyunlarında Oğuz rayonunun gənc intellektualları qalib olublar

 Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanır. 

“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.

12.11.2018 14:36 / Baxılıb: 242 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo