Komanda-qərargah hərb oyunları başlayıb Fotolar + Video

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən bu gün komanda-qərargah hərb oyunları (KQHO) başlayıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib. 

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.



12.11.2018 13:45 / Baxılıb: 225 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo