Faktiki hava - 4 çayda sel müşahidə olunub

Adəm Abbaslı/AZADİNFORM. Noyabrın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 11-i gündüzdən 12-si səhərədək hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub, yağan güclü leysan yağış nəticəsində çaylarda sululuq artıb, Lənkərançay, Təngərüdçay, İstisuçay, Boladıçay və Veravulçayda sel müşahidə olunub. Hazırda intensiv və güclü yağış davam edir.

Düşən yağıntının miqdarı Naxçıvan Muxtar Respublikasında 2-3, Böyük Qafqazda 1-14, Lənkəran-Astara zonasında 1-25, Mərkəzi-Aran rayonlarında 1-18, Bakıda və Abşeron yarımadasında - Ələtdə 11, BDU-da 10, Pirallahıda 8, Bakıda 5, Binə, Zabratda 4, Maştağada 3, Bayıl yamacında 2, Sumqayıtda 0.7 mm olub.

12.11.2018 13:12 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo