Lənkəranda 4 kənd yağış suları ilə dolub 63 nəfər təxliyə edilib (Yenilənib)

Samir Soltanov/AZADİNFORM. Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub. 

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası qeyd olunan ərazilərə cəlb olunub. Həyətyanı sahələrin su ilə dolması səbəbi ilə köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


13:07


AZADİNFORM. Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub.Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 38 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

12.11.2018 13:55 / Baxılıb: 303 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo