Yasamalda avtomobilləri soyan saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-in Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus “Mercedes”, Xiyabani küçəsində isə İslam Babayevə məxsus “KİA” markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub. 

Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Qeyd edək ki, "Mercedes Benz" markalı avtomobilin sahibi İlkin Nadirov "Azad Azərbaycan" televiziyasının əməkdaşıdır.

12.11.2018 13:00 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo