İkiləpəli, amma çoxtərəfli xeyri olan bitki - Gül kələm

Aygün Nəbiyeva / AZADİNFORM. Havaların soyuması, hərəkətin azalması, axşam saatların uzanması səbəbi ilə metobalizmanın sürəti düşür, bədənin piylənməyə meylliliyi artır. Bunun qarşısını təbii qidadan – gül kələmindən istifadə etməklə də almaq mümkündür.

Araşdırmalar göstərir ki, orqanizm üçün gül kələminin faydaları çoxdur.

Xüsusi ilə, bel ətrafında yığılmış yağlardan qurtulmaq üçün qış aylarında ən azı həftədə 3 dəfə gül kələmindən istifadə etmək lazımdır. Çünki liflərlə zəngin olan gül kələmi daha tez doymanı təmin edir. Əgər, süfrədə ilk olaraq gül kələmi salatından və ya yeməyindən başlasaq kalorili olan əsas yeməyə az yer qalacaq.

C vitamini və folik turşusu ilə zəngin olan gül kələmi yaxşı yağ yandırıcıdır. O metobalizmanın sürətini artırır.

Tərkibində fosfat, kalium və indol-3 maddələri olduğuna görə mədə, qalın bağırsaq (kolon xərçəngi) və döş xərçənginə qarşı da qoruyur.

Dəmir və minerallarla zəngin olan gül kələmi anemiya ilə əlaqədar yorğunluq və halsızlıq kimi əlamətləri daha az hiss etməyinizə səbəb olacaq. 

Mütəxəssislər bildirir ki, artıq çəkili insanlarda tez rastlanan yüksək təzyiqin daha az olmasına səbəb olur, ürək və damar xəstəliklərinə qarşı orqanizmi qoruyur. 

Qeyd edək ki, bütün bunlarla bərabər, diş və sümük sağlığında da xeyri vardır.

12.11.2018 12:36 / Baxılıb: 447 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo