Putinin növbəti İstanbul səfəri

Samir Soltanov/AZADİNFORM. “Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək”. 

Azadinform xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib. O qeyd edib ki, Rusiya lideri “Türk axını” təbii qaz layihəsinin dənizdən keçən hissəsinin tamamlanması ilə bağlı keçiriləcək mərasimə qatılmaq üçün noyabrın 19-da İstanbula gələcək: “Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək”.

Qeyd edək ki, “Türk axını” layihəsi hər biri ildə 15.75 milyard kub metr təbii qaz ixrac etməklə iki qoldan ibarət olacaq. Layihənin ilk qolu ilə qazın Türkiyəyə, 2-ci qolu ilə də Avropanın cənub və cənub-şərq hissəsinə ixrac edilməsi planlaşdırılır.

12.11.2018 12:17 / Baxılıb: 300 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo