Bəyimxanım Vəliyeva Ud festivalında iştirak edib - İsraildə - FOTOLAR

AZADİNFORM. Əməkdar artist Bəyimxanım Vəliyeva noyabrın 9-dan 12-nə qədər İsrailin Qüds şəhərində keçirilən ənənəvi beynəlxalq “Ud” festivalında iştirak edib.

Azadinform xəbər verir ki, artıq 3-cü dəfədir ki, bu festivala qatılan xanəndə İsrailli musiqiçilərlə birlikdə saat yarımlıq sintez muğam konsert proqramı ilə çıxış edib. O, konsertdə “Getmə-getmə” xalq mahnısını, “Bəstə Nigar” təsnifi və Hacıbaba Hüseynovun repertuarından “İki sevda çəkənlərin cəzası var” təsnifini ifa edib.

Qeyd edək ki, tamaşaçılar xanəndəmizin ifasını ayaq üstə alqışlayaraq onu oxuması üçün yenidən səhnəyə qaytarıblar.

Festivalda dünyanın bir çox ölkələrindən xanəndələr və musiqiçilər qatılıb. 

Xatırladaq ki, konsertdən sonra xanəndəmiz müsəlmanların müqəddəs yeri hesab olunan, Məhəmməd peyğəmbərin merac etdiyi, müqəddəs Qurani-Kərimdə adı çəkilən, müsəlmanların ilk qibləsi sayılan Məscidül-Əqsa məscidini də ziyarət edib.

 

 

 

 

 

 

12.11.2018 11:55 / Baxılıb: 353 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo