Varlanmağın yol xəritəsi

AZADİNFORM. Milyaderlərin necə zəngin olduğunu araşdırmaq üçün 50-yə yaxın milyaderin bioqrafiyasını öyrənən Elçin Eyvazalı “Varlanmağın yol xəritəsi” adlı kitabında kəşf etdiyi uğur sirlərini hər kəslə bölüşür.

Zəngin insanların müvəffəqiyyət sirri heç də onda gizlənmir ki, onlara hər hansı bir zənginlik formulu məlumdur. Uğurlu insanların sirlərini öyrənmək olar, amma həmin uğura eyni yolla deyil, müxtəlif yollardan getmək gərəkir. İnsanların həyat yolları fərqlidir. Uğura gedən yolları da fərqli olmalıdır. Məhz bu varlanmaq xəritəsi yeni ideyalarınız üçün bir şablon rolunu oynayır. Müvəffəqiyyət təməlini qoymağa kömək edən bu kitab uğur nərdivanının pillələrini çıxmaq üçün əsas vasitədir.

Siz uğur qazanmaq yolunda bütün çətinlikləri fəth etmək və aradan qaldırmaq üçün dünyaya gəldiniz. Bütün dünya qazananları sevər, heç kimin məğlub olan biri için zamanı yoxdur.

Müəllif vaxtının çoxunu yeni ideyaların, elmi biliklərin, texnologiya və məhsulların müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsinə sərf edib. Dünyada nə baş verdiyindən və bütün yeniliklərdən agah olmaq və bundan istifadə edərək necə qazana biləcəyini öyrənmək onun üçün çox zəruridir. Yoxsulluq - inkişaf üçün ən optimal ortamdır. Əgər siz doğurdan da milyarder olmaq istəyirsinizsə "Varlanmağın yol xəritəsi" kitabını səbirlə axıra qədər oxuyun!

Xatırladaq ki, Elçin Eyvazalı 500-dən çox məqalə, 10 kitab və 100-ə yaxın aforizmin  müəllifi, eyni zamanda da Azərbaycanda bir yenilik olan “Brend insan” layihəsinin rəhbəridir.

12.11.2018 09:40 / Baxılıb: 427 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo