"Səbail" "Sabah"a böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

Azadinform-un məlumatına görə, açılış oyununda "Sabah" komandası "Səbail"i qəbul edib.

"Əlincə Arena"da keçirilmiş görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail" bütün qolları əks-hücumların yekununda vurub. 2-ci dəqiqədə hesabı açan Ruslan Qurbanov 27-ci dəqiqədə Kevin Kubemba, 57-ci dəqiqədə isə Yevgeni Koçuka məhsuldar ötürmə verib. Moldovalı hücumçu 77-ci dəqiqədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib - 4:0.

Bu qələbə sayəsində xallarını 20-yə çatdıran "Səbail" 2-ci pilləyə yüksəlib. 16 xala malik "Sabah" isə 4-cü pillədə qalıb.

Günün digər oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Tura noyabrın 11-də keçiriləcək "Qəbələ" - "Qarabağ" və "Sumqayıt" - "Keşlə" matçları ilə yekun vurulacaq.

10.11.2018 20:27 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo