Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışında Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Azadinform xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.

10.11.2018 19:17 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo