Avropa Şurası Baş katibinin müavini Azərbaycana gələcək

Avropa Şurası Baş katibinin müavini Qabryella Battaini-Draqoni (Gabriella Battaini-Dragoni) noyabrın 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq.

Məlumata görə, o, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) İcraçı Komitəsi və Yaradıcı Heyətinin Bakıda keçiriləcək iclasında iştirak edəcək.

Qeyd edək ki, Dopinqlə Mübarizə Beynəlxalq Agentliyinin (WADA) 1999-cu ildə yaradılıb. Təşkilatın əsas fəaliyyəti dopinqsiz idmanın inkişafı etdirilməsi uğrunda çalışmaq, bu məqsədlə elmi tədqiqatlar aparmaq, dünya ölkələri arasında bu sahədəki qanunların eyniləşdirilməsinə nail olmaqdan ibarətdir. (report)

10.11.2018 16:09 / Baxılıb: 105 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo