Bakının 3 rayonuna içməli suyun verilməsində fasilə olacaq

AZADİNFORM. Bu gün Bakının 3 rayonuna içməli suyun verilməsində fasilə olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a bildirilib ki, məhdudiyyət Yasamal, Səbail və Xətai rayonlarının bir hissəsini əhata edəcək. 

Məlumata görə, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) noyabrın 10-u gün ərzində içməli suyun verilişində fazilələr yaranacaq.

10.11.2018 14:07 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo