Mahaçqala merinin səlahiyyətləri şəhər başçısının müavininə tapşırılıb

Murad Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinə müvəqqəti olaraq şəhər başçısı əvəzi təyin olunub.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, o, hazırda merin müavini vəzifəsində çalışır.

Qeyd edək ki, bu həftə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan idarəsi bu il yanvar ayında mer Musa Musayev həbs ediləndən sonra həmin vəzifədə müvəqqəti işləyən Əbusüfyan Həsənova qarşı yol tikintisi ilə bağlı hərrac zamanı qanunsuz hərəkətlərinə görə xidmət vəzifələrinin aşması maddəsilə cinayət işi başlayıb. Nəticədə Ə.Həsənov saxlanılıb.

9.11.2018 16:53 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo