"Milan"ın futbolçusu uzun müddətə sıradan çıxıb

İtaliyanın "Milan" klubunun futbolçusu Lukas Bilya uzun müddətə sıradan çıxıb. 

Azadinform xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

Bildirilib ki, 32 yaşlı yarımmüdafiəçi Finlandiyada əməliyyat olunub. Argentinalı oyunçu 4 ay yaşıl meydanlardan kənarda qalacaq. 

Qeyd edək ki, Lukas Bilya komandanın məşqində zədələnib. O, İtaliya A Seriyasında 9 oyunda meydanda olub. "Milan" 11 turdan sonra 21 xalla 4-cü pillədə qərarlaşıb. 

9.11.2018 16:04 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo