İran ABŞ-dan şikayət edib

İran Beynəlxalq Dəniz Təşkilatını (İnternational Maritime Organization) ABŞ-ın ticarət gəmilərini də əhatə edən sanksiyalarının qanuni olub-olmamasını araşdırmağa çağırıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, İranın Böyük Britaniyadakı səfiri Həmid Bəyədinejad tərəfindən qərargahı Londonda yerləşən İMO-nun sədri adına müvafiq rəsmi məktub gəlib. 

Səfir “Twitter”də yazıb ki, məktubda sözügedən sanksiyaların gəmiçiliyə dair beynəlxalq razılaşmaları pozduğu, dəniz nəqliyyatının təhlükəsizliyinə təhdid yaratdığı qeyd olunaraq İMO Assambleyasından xüsusi qaydada bu məsələləri müzakirə etmək xahiş olunub.

9.11.2018 15:32 / Baxılıb: 59 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo