Nardaranda silah-sursat və narkotik götürülüb

AZADİNFORM. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu rayon Polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron da aşkar edilərək götürülüb.

Faktl bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

9.11.2018 13:54 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo