Azərpoçtun Bakutel-2018də iştirakı 400 min manata başa gələcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC “Bakutel-2018” beynəlxalq sərgi-konfransında iştirak etmək üçün Baku Ekspo Mərkəzində xüsusi dizayna uyğun olaraq stendin hazırlanması, müxtəlif reklam işlərinin görülməsi, stendin montajı, videovall monitorlarının, işıqlandırma və səsləndirmə sisteminin quraşdırılması, sərgidən sonra stendlərin demontajı və daşınması xidmətinə 399 350 manat ödəyəcək.

Azadinform xəbər verir ki, dövlət müəssisəsinin bununla bağlı elan etdiyi açıq tenderin qalibi “Great Trade” MMC olub.

Vergilər Nazirliyinin məlumatına görə, qalib şirkət ötən il dekabrın 4-də yaradılıb. 

9.11.2018 13:09 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo