Avropa Liqasında 7 komanda növbəti mərhələyə yüksəlib

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Azadinform xəbər verir ki, "Qarabağ"ın E qrupundakı rəqibi İngiltərə "Arsenal"ı evdə Portuqaliya "Sportinq"i ilə heç-heçə edib.

London klubu bu nəticədən sonra 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı doğma meydanda Çexiyanın "Yablonets" kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Qazaxıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətdə başlayan Almeyda 71-ci dəqiqədə əvəzlənib.

Türkiyə təmsilçilərindən "Beşiktaş” səfərdə Belçika "Genk”i ilə heç-heçə edib -1:1, "Fənərbağça” isə evdə eyni ölkənin "Anderlext” klubunu 2:0 hesabı ilə üstələyib.

Qonşu ölkənin digər klubu “Akhisarspor” isə evdə İspaniyanın “Sevilya” komandasına 2:3 hesabı ilə məğlub olub.

IV turun oyunlarından sonra "Arsenal”la yanaşı, "Ayntraxt” (Almaniya), "Latsio” (İtaliya), "Çelsi” (İngiltərə), "Sürix” (İsveçrə), "Bayer” (Leverkuzen, Almaniya) və "Dinamo” (Zaqreb, Xorvatiya) klubları 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər.

Avropa Liqası, qrup mərhələsi, IV tur

A qrupu

00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Sürix" (İsveçrə) - 1:0

00:00. "Lüdoqorets" (Bolqarıstan) - AEK (Larnaka, Kipr) - 0:0

Xal durumu: "Sürix" - 9, "Bayer" - 9, AEK - 2, "Lüdoqorets" - 2.

B qrupu

00:00. "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 2:1

00:00. "Rusenborq"(Norveç) - "Zaltsburq" (Avstriya) - 2:5

Xal durumu: "Zaltsburq" - 12, "Seltik" - 6, "Leyptsiq" - 6, "Rusenborq" - 0.

C qrupu

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Kopenhagen" (Danimarka) - 0:0

00:00. "Bordo" (Fransa) - "Zenit" (Rusiya) - 1:1

Xal durumu: "Zenit" - 8, "Slaviya" - 7, "Kopenhagen" - 5, "Bordo" - 1

D qrupu

19:50. "Fənərbağça" (Türkiyə) - "Anderlext" (Belçika) - 2:0

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Spartak" (Trnava, Slovakiya) - 3:1

Xal durumu: "Dinamo" - 12, "Fənərbağça" - 7, "Spartak" - 3, "Anderlext" - 1.

E qrupu

00:00. "Vorskla" (Poltava, Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1

00:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Lissabon, Portuqaliya) - 0:0

Xal durumu: "Arsenal" - 10, "Sportinq" - 7, "Vorskla" - 3, "Qarabağ" - 3.

F qrupu

00:00. "Betis" (İspaniya) - "Milan" (İtaliya) - 1:1

00:00. "Olimpiakos" (Yunanıstan) - "Düdelanj" (Lüksemburq) - 5:1

Xal durumu: "Betis" - 8, "Milan" - 7, "Olimpiakos" - 7, "Düdelanj" - 0.

G qrupu

21:55. "Spartak" (Moskva, Rusiya) - "Reyncers" (Şotlandiya) - 4:3

21:55. "Rapid" (Vyana, Avstriya) - "Vilyarreal" (İspaniya) - 0:0

Xal durumu: "Vilyarreal" - 6, "Spartak" - 5. "Reyncers" - 5, "Rapid" - 4,

H qrupu

21:55. "Apollon" (Kipr) - "Ayntraxt" (Almaniya) - 2:3

21:55. "Latsio" (İtaliya) - "Marsel" (Fransa) - 2:1

Xal durumu: "Ayntraxt" - 12, "Latsio" - 9, "Apollon" - 1, "Marsel" - 1.

I qrupu

21:55. "Genk" (Belçika) - "Beşiktaş" (Türkiyə) - 1:1

21:55. "Malmö" (İsveç) - "Sarpsporq" (Norveç) - 1:1

Xal durumu: "Genk" - 7, "Malmö" - 5, "Sarpsporq" - 5, "Beşiktaş" – 4

J qrupu

21:55. "Akhisar" (Türkiyə) - "Sevilya" (İspaniya) - 2:3

21:55. "Krasnodar" (Rusiya) - "Standard" (Lyej, Belçika) - 2:1

Xal durumu: "Sevilya" - 9, "Krasnodar" - 9, "Standard" - 6, "Akhisar" - 0.

K qrupu

19:50. "Astana" (Qazaxıstan) - "Yablonets" (Çexiya) - 2:1

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Renn" (Fransa) - 3:1

Xal durumu: "Astana" - 8, "Dinamo" - 8, "Renn" - 3, "Yablonets" – 2

L qrupu

21:55. BATE (Belarus) - Çelsi" (İngiltərə) - 0:1

21:55. "Videoton" (Macarıstan) - PAOK (Yunanıstan) - 1:0

Xal durumu: "Çelsi" - 12, "Videoton" - 6, BATE - 3, PAOK - 3

Qeyd edək ki, oyun günündə "Qarabağ" səfərdə "Vorskla"nı məğlub edib.

9.11.2018 11:21 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo