ABŞ-da Kaliforniyadakı faciə ilə bağlı dövlət bayraqları endiriləcək

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində 12 nəfərin ölümü ilə nəticələnən fəciəvi hadisə ilə əlaqədar noyabrın 10-da dövlət bayraqlarını endirmək barədə göstəriş verib.

Azadinform xəbər verir ki, bu barədə Ağ evin Mətbuat xidmətinin məlumatında bildirilir.

“Noyabrın 7-də baş verən dəhşətli hadisənin qurbanlarının xatirəsi üçün Ağ evin, bütün dövlət binalarının üzərindəki dövlət bayraqlarının endirilməsini əmr edirəm”, - dövlət başçısının imzaladığı sənəddə qeyd edilir.

Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar özü də məhv edilib.

8.11.2018 23:07 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo