ABŞ Krım və Donbassa görə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Krımın (Ukrayna) Rusiyaya birləşdirilməsi və Donbasdakı vəziyyətə görə üç fiziki şəxs və 9 təşkilata qarşı sanksiya tətbiq etməyə hazırlaşır.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.

"Bu gün Birləşmiş Ştatlar Krım və Donbass ilə bağlı yeni maliyyə sanksiyaları tətbiq edəcək…Bu sanksiyalar Rusiyanın Ukraynanın Krım regionunu özəl investisiya və özəlləşdirmə layihələri vasitəsi ilə inteqrasiya etdirmək cəhdlərinə dəstək verən və ya ciddi insan hüquqları pozuntularında iştirak edən 3 fiziki şəxs və 9 təşkilata şamil ediləcək", — deyə o, brifinq zamanı jurnalistlərə bildirib.

Bundan əvvəl ABŞ-ın "Skripal işi"nə görə Rusiya qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi xəbər verilib.

8.11.2018 22:49 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo