Donald Tramp silahlı insidentə münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatının Tauzand-Oks şəhərində baş vermiş silahlı insidentlə bağlı “Twitter”də yazı paylaşıb.

Azadinform xəbər verir ki, dövlət başçısı hadisə barədə tam məlumat aldığını qeyd edib.

"Asayiş mühafizəçiləri, çevik əməliyyat xidmətləri, Federal Təhqiqatlar Bürosu hadisə yerindədir. Həlak olanlara Allahdan mərhəmət diləyir, ailələrinə başsağlığı verirəm", - D.Tramp yazıb.

Prezident həmçinin polislərin böyük cəsarət göstərdiklərini vurğulayaraq onlara təşəkkür edib.

Qeyd edək ki, ötən axşam “Borderline Bar and Grill” barına girən naməlum şəxs oradakılara 30-dək atəş açmışdı. Həmin vaxt barda əksəriyyəti tələbə olan bir neçə yüz müştəri olub. Nəticədə biri polis olmaqla 12 nəfər ölüb. Cinayətkar məhv edilib.

8.11.2018 22:05 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo