Süni intellekt Alsqeymer xəstəliyini erkən mərhələdə aşkar edəcək

Amerikalı alimlər süni intellektin köməyi ilə Alsqeymer xəstəliyinə diaqnoz qoymaq üsulunu tapıblar. Yeni araşdırma “Radiology” jurnalında dərc edilib.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, neyron şəbəkəsi beynin metabolizmini təhlil edir. Alsqeymer xəstəliyi zamanı sinir toxumasının müəyyən hissələrində maddələr mübadiləsinin sürəti yavaşıyır. Süni intellekt məhz bu dəyişiklikləri aşkar etməyi öyrənib.

Neyron şəbəkəsi beynin işində kiçik pozuntuları izləyir və demensiya xəstəliyini erkən mərhələdə aşkar etmək qabiliyyətinə malikdir. Məlumata görə, süni intellektin köməyi ilə xəstəliyin simptomlarını 6 il öncədən müəyyənləşdirmək mümkün olacaq. Bu, müalicənin səmərəliliyini xeyli yüksəldəcək.

8.11.2018 21:09 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo