Ən ucuz noutbuk təqdim edilib

“Xiaomi” şirkəti 15,6 düym diaqonala malik “Mi Notebook” modelini təqdim edib. 11 noyabrda satışa çıxarılacaq bu noutbukun qiyməti təxminən 820 manatdan başlayacaq.
Azadinform xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, sözügedən noutbuk 15,6 düym diaqonallı modellər arasında ən ucuz olacaq. “Mi Notebook” 8-ci nəsil “Intel Core i3” prosessoru və 4 QB-lıq əməli yaddaş (32 QB-dək artırmaq mümkündür) təchiz edilib. Sərt diskin tutumu 128 QB təşkil edəcək.
 
Noutbukun korpusunun tamamilə metaldan işlənilməsinə baxmayaraq, model kifayət qədər yüngül və istifadəsi rahat olacaq.
8.11.2018 20:17 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo