"Türk Hava Yolları" yeni təyyarələr alır

"Türk Hava Yolları" aviaşirkəti yeni təyyarələr sifariş edib.

Azadinform-un məlumatına görə bunu, şirkətin satış direktoru Harun Baştürk deyib. H.Baştürkün sözlərinə görə, cari ildə 60 ədəd yeni təyyarə sifariş edilib:

“Sifariş edilən təyyarələrin bir qismi 2019-cu ildə təhvil veriləcək. Onlardan ən önəmliləri yeni “Dreamliner”, “Airbus 321” və “Boeing”lərdir. Sifariş olunan hava gəmilərinin hər biri yeni nəsil texnologiyalara cavab verir. Onlar həm iqtisadi, həm də sərnişindaşıma baxımından çox əlverişlidirlər”.

H.Baştürk bildirib ki, "Türk Hava Yolları" uçuş nöqtələrini də genişləndirmək niyyətindədir. Növbəti aylardan aviaşirkət Baliyə, Şarjaya və Mərakeşə uçuşlar həyata keçirəcək.

8.11.2018 19:43 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo