ABŞ-ın Çindən idxalı azalıb

ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları hesabına bu ilin yanvar-avqust aylarında Çin məhsullarının idxalı 32% azalıb.

Bu barədə Azadinform “Business İnsider” nəşrinə istinadən xəbər verir. 

Bununla belə, UBS bankının ekspertləri azalma göstəricinin reallığı tam əks etdirmədiyi, iyul ayından tətbiq olunan tariflərin Çindən idxalı daha çox azaltdığı qənaətindədir.

Qeyd edək ki, gömrük rüsumlarının tətbiqinə başlayan ərəfədə ABŞ-ın Çindən idxalında nəzərəcarpacaq artım müşahidə edilib. Ekspertlər bunu idxalçı şirkətlərin həmin məhsullardan, əsasən, kompüter plataları və hard disklərdən ehtiyat toplamağa çalışması ilə izah edirlər.

8.11.2018 19:16 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo