Məşhur türk müğənnisi boşandı

Aygün Nəbiyeva / AZADİNFORM. Məşhur türk müğənnisi Hakan Pekər boşanıb.

Azadinform  xəbər verir ki, müğənni 2012-ci ildə ailə həyatı qurduğu Arzu Öztoprak ilə iki həftə əvvəl səssiz-səmirsiz boşanıb. Bir maqazin verilişndə çıxış edən müğənni deyib: “13 illik bərabərlik, 6 illik evlilik başa çatdı. 22 oktyabr tarixində Silivridə boşandıq”.

Qeyd edək ki, Hakan və Arzu 2012-ci ilin 10 iyun tarixində ailə həyatı qurub. Arzu bir müddət Hakanın meneceri kimi də işləyib.

8.11.2018 17:20 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.01.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo