Azərbaycan-Qazaxıstan münasibətlərində dinamika var

Aygün Nəbiyeva / AZADİNFORM. “Rusiya ilə münasibətlərdə gərginliyə dəlalət edən proseslər davam edir. Bəzi ekspertlər Qazaxıstanda rusofobiyanın mövcud olduğunu və bunun hökumətin apardığı siyasətin nəticəsi olduğu qənaətindədirlər”.

Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, AİB çərçivəsində RF-in anti-Qərb layihələri Qazaxıstanı narahat edir: “Bu iki ölkə arasında gərginliyin ən vacib əlaməti RF-in keçmiş bankir Jomak Yertayevi Qazaxıstana verməkdən imtina etməsidir. Yaxın vaxtlarda RF-in Tacikistan və Qırğızıstanın tələbi ilə Rusiyaya sığınmış siyasiləri geri qaytarması fonunda Qazaxıstanın siyasi ambisiyalı bankiri verməməyi diqqət çəkir”.

Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdə dinamika olduğunu bildirən politoloq əlavə edib ki, Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkovun başçılıq etdiyi hərbi nümayəndə heyəti Azərbaycanda oldu, daxili işlər naziri Ramil Usubov və onun müavini ilə görüşdü: “İki ölkə arasında əlaqələrin, o cümlədən təhlükəsizliyin və qayda-qanunun möhkəmləndirilməsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Astanada Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirildi. Bu komissiyanın Qazaxıstan tərəfdən həmsədri, energetika naziri Kanat Bozumbayev, Azərbaycan tərəfdən isə energetika naziri Pərviz Şahbazovdur. Ticari-iqtisadi, yanacaq-energetika, kənd təsərrüfatı, tranzit-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanlı nazirlə görüşdə Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Qasımbek 8 ay ərzində iki ölkə arasında mal dövriyyəsinin 2 dəfə artaraq 168 milyon dollar olduğunu bildirdi. 2017-ci ilin analoji dövründə bu rəqəm 81,5 milyon dollar olub”.

8.11.2018 17:15 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo