Mercedeslə piyadanı vurub yük maşınının altına atıb

Samir Soltanov/AZADİNFORM. Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atıb. Piyada hadisə yerində ölüb. 

Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılıb. 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

8.11.2018 16:55 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo