ABŞ-ın sanksiyaları Rusiyaya təsir edir

Aygün Nəbiyeva / AZADİNFORM. “Rusiya nə qədər gizlətməyə çalışsa da, ABŞ-ın sanksiyaları ona təsir edir, gərgin vəziyyətə salır. O isə əvəzini MDB dövlətlərindən çıxmaq, onlardan qazanmaq istəyir”.

Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Rusiya-ABŞ münasibətlərindəki gərginlik davam edir: “ABŞ prezidenti D.Tramp rusiyalı həmkarı V.Putini “qətl və zəhərlənmələr”də ittiham kimi başa düşüləcək fikirlər bildirib. Bu, faktiki olaraq, V.Putinə qarşı beynəlxalq məhkəmələrdə cinayət işinin açılmasına səbəb ola bilər”.

“ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Moskvaya səfəri ərəfəsində Vaşinqton orta və yaxın mənzilli raketlərin məhdudlaşdırılması barədə müqavilədən çıxacağını bəyan edib”, - deyən politoloq bildirib ki, bu addım Rusiyanın Avropada raketlər yerləşdirməsilə əlaqələndirilib: “ABŞ-SSRİ arasındakı bu müqavilə M.S.Qorbaçovun rəhbərliyi dövründə imzalanıb. M.S.Qorbaçov Vaşinqtonun bu addımını sürətlə silahlanmanın başlanğıcı kimi qiymətləndirib. Səfəri zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşevlə 3 saata yaxın görüş keçirən C.Bolton xarici işlər naziri S.Lavrov və müdafiə naziri S.Şoyqu ilə də görüşdü. O, Şoyqu ilə görüşünü “məhsuldar” adlandırdı. Həmçinin Putinlə görüşən C.Bolton Rusiyanı orta və kiçik mənzilli raketlər barədə müqaviləni pozmaqda ittiham etdi. C.Bolton görüşlərində, o cümlədən Putinlə görüşdə Rusiyanın “ABŞ seçkilərinə müdaxiləsi”ni də müzakirə edib. Putin Boltona ABŞ-ın qeyri-dost addımlarından təəccübləndiyini bildirib”.

8.11.2018 16:35 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo