Azərbaycan dövləti tərəfindən bayrağa münasibət kifayət qədər ciddidir

Ləman Hüseynzadə / AZADİNFORM. “Bayrağa olan münasibət dövlətə olan münasibətdir. Bayraq bizim atributlarımız sırasında öndə gedir. O, Azərbaycan xalqının şərəf və ləyaqət tarixinin göstəricisi, xalqımızın azadlıq simvoludur”.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

O bildirib ki, bayraq Azərbaycanın milli birliyinin ifadəsi, dövlətimizin qədir və qiymət ünvanıdır: “Ona görə də bayraq uca tutulmalıdır. Bayraq uca tutulan və heç vaxt enməyən qürur mənbəyimizdir. Bu səbəblə Azərbaycan dövləti tərəfindən bayrağa münasibət kifayət qədər ciddidir. Hələ Ulu öndərin vaxtında 1998-ci ildə dövlət rəmzlərinin təbliğatının gücləndirilməsi haqqında sərəncam var idi. 2004-cü ildə Milli Məclis dövlət bayrağından istifadə qaydaları barədə qərar qəbul edib. 2009-cu ildən etibarən isə 9 noyabr bayram günü kimi ölkəmizdə qeyd olunur. Bunların hamısı dövlət səviyyəsində bayrağa olan münasibətdir”. 

Millət vəkili qeyd edib ki, ötən həftə parlamentdə Azərbaycanın dövlət rəmzləri ilə bağlı Konstitusiya qanunu qəbul edildi: “Cəmiyyətin hər bir üzvünün bayrağa münasibəti istiqanlı olmalıdır, çünki o, dövlətimizin hörmət və məhəbbət ünvanıdır. Biz o ünvana hörmət qoymalıyıq. Bayraq əgər hər bir xalqın azadlıq göstəricisidirsə o zaman biz öz azadlığımızdan qürur duymalı, bayrağa hörmət bəsləməli və onu sevməliyik”.

8.11.2018 16:07 / Baxılıb: 115 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo