DGK-nın Akademiyasında Dövlət bayrağı günü qeyd olunub

AZADİNFORM. Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Dövlət bayrağı günü”nə həsr olunmuş tədbir keçirilib.

DGKA-dan Azadinform-a verilən məlumata görə, Akademiyanın Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov bayrağımızın hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətçiliyimizin simvolu olduğunu vurğulayıb. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin bayraqlarının sırasında xüsusi yer tutan indiki bayrağımızın Şərqdə ilk demokratik respublika olan, 100 illiyini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyəti tərəfindən təsis edildiyini, 70 il ərzində sovetlər dövründə yasaq olunduğunu, yalnız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu bayrağın Naxçıvan Muxtar Respublikasının bayrağı elan edildikdən sonra onun ikinci həyatının başlandığını qeyd edib. R.Hümbətov gənclərə Vətənə, dövlətimizin simvollarına hörmət və ehtiram nümayiş etdirməyi, bayrağımızı hər zaman uca tutmağı tövsiyə edib.  

Sonra Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı səsləndirilib.

Hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi Aynur Mirzəyeva şair Ramiz Qusarçaylının müəllifi olduğu “Azərbaycan bayrağı” şerini oxuyub. 

Hüquqşünaslıq ixtisasının 3-cü kurs tələbəsi Mirtehran Salayev özünün müəllifi olduğu “Bayraq” şerini təqdim edib.

Tədbirin sonunda Akademiyanın qarşısındakı meydanda tələbələr fləşmob nümayiş etdiriblər.

8.11.2018 16:00 / Baxılıb: 97 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo