Sürüşmə zonasında yeni xırda uçqunlar baş verib

Samir Soltanov/AZADİNFORM. Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, Badamdar sürüşmə sahəsində Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. 

Yağan yağış nəticəsində sürüşmə sahəsindəki asılı vəziyyətdə olan torpaq kütlələrinin üzərində yeni xırda uçqunlar baş verib. Sürüşmənin yuxarı hissəsində olan qaya parçasının alt hissəsi qoparaq asılı vəziyyətdə qalıb. Monitorinqlər davam etdirilir.

8.11.2018 15:44 / Baxılıb: 145 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo