Ayaqqabısından və daxili orqanından 440 qram narkotik vasitə çıxdı Foto

Samir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DSX-dən Azadinform-a verilən məlumata görə, 2018-ci ilin 6 noyabr tarixində saat 18:00 radələrində Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublika­sından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkarlanaraq götürülüb. 

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

8.11.2018 15:25 / Baxılıb: 68 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo