Azərbaycan İran üçün kifayət qədər ötürmələr verib

Aygün Nəbiyeva / AZADİNFORM. “Dünyada baş verən proseslər kifayət qədər ciddi və təhlükəlidir. Sadəcə Azərbaycanın gücünün hesabına həmin o neqativ proseslərin ağrısını hiss etmirik. Biz öz siyasətimizi elə qurmuşuq ki, həm öz müstəqil siyasətimizi apara bilirik, həm manevr edə bilirik, həm də gərgin mürəkkəb şəraitdə tapdığımız uğurlu inkişaf formulunu davam etdiririk”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, hazırda dünya riskli vəziyyətdədir: “SOCAR-ın Qazpromdan qaz almaqla bağlı imtinası kifayət qədər riskli haldır. Bu imtina düzgün hərəkətdir. Bu hadisənin bünövrəsi əvvəlcədən yanlış idi. Qonşu dövlət İran üçün Azərbaycan kifayət qədər ötürmələr verib ki, vəziyyətdən çıxa bilsin. Amma İranda bir sıra qruplar çalışırlar ki, günahı Azərbaycanda görsün. Qazaxıstandan Bakıya taxıl daşıyan gəmidə zəhərlənmə oldu. Amma o zəhərlənmə çox vacib bir şeyin üstünü açdı. Məlum oldu ki, gəmi İranın imiş. Bizdə bu gəmidən sonsuz saydadır. Ancaq Azərbaycan Qazaxıstandan aldığı taxılı İran gəmisi ilə daşıtdırır ki, İrana gəlir əldə etsin”.

8.11.2018 14:28 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo