Metroda sərnişinlər qatardan niyə boşaldıldı?

Bakıda metroda qatarda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib: "Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".

Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub.

B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur". (Trend)

8.11.2018 13:13 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo