Barda qətliam 12 ölü, 20-yə yaxın yaralı ( Yenilənib)

Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Kaliforniya əyalətində barda yaşanan silahlı insident zamanı 12 nəfər ölüb. 

Azadinform xəbər verir ki, azı 20 nəfərin isə yaralandığı bildirilir. Məlumata görə, 1 nəfər naməlum şəxs əlində silah və qaz bombaları ilə bara hücum çəkib. Hücum zamanı qatilin 30-a yaxın atəş açdığı bildirilir. Polis əməkdaşlarının apardığı əməliyyat çərçivəsində qatil məhv edilib. 


12:25


Samir Soltanov/AZADİNFORM. ABŞ-ın Kaliforniya əyalətində silahlı insident yaşanıb. Azadinform xəbər verir ki, barda silah səsləri eşidilib. Yaralıların olduğu bildirilir. Əraziyə çoxlu sayda ambulans və polis əməkdaşları cəlb edilib. 

8.11.2018 15:15 / Baxılıb: 149 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo